28 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəbrayıl, Zəngilan və Füzuli şəhərlərində su təsərrüfatı qurulur VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir, sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

Agentliyin məlumatına görə, Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir. Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

2024-cü il dövlət layihəsinə əsasən Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4 min kubmetr olmaqla 2 ədəd su anbarı inşa edilir. Hazırda dəmir-beton işləri icra olunur. Bundan əlavə, hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Layihəyə əsasən, yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulan 1 kilometr yağış su xətti də çəkiləcək. Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub. Layihə çərçivəsində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi yekunlaşmaq üzrədir. Artıq işlərin 83 faizi tamamlanıb. Layihəyə uyğun olaraq 2046 metr magistral su xəttindən 1352 metri və artezianlararası 1837 metr su xəttindən 1143 metri inşa olunub.

Eyni məzmunlu işlər Füzuli şəhərində də aparılır. Hazırda Füzuli şəhərində 648 ailə məskunlaşıb. Əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihələr həyata keçirilir. Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb. Abadlıq işləri aparılır.

Mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur. Tikilən 17 min kubmetrlik anbar və 2500 kubmetrlik anbarda da işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı sutəmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə, 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb.

VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması