23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan keçən yaşıl enerji dəhlizləri 10 QVt enerjinin Avropaya ötürülməsini təmin edə bilər

Xəzər-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa yaşıl enerji dəhlizləri ümumilikdə təxminən 10 QVt enerjinin Asiya ilə Avropa arasında ötürülməsini təmin etmək perspektivlərinə malikdir.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, daha geniş inteqrasiya olunmuş regional elektrik enerjisi bazarlarının yaradılmasını dəstəkləyən bu dəhlizlər üzrə əməkdaşlıq Çinin “karbon neytrallığı” hədəfinə, Mərkəzi Asiya və Azərbaycandan yaşıl enerji idxal etməklə enerji təchizatını şaxələndirməsinə töhfə verə bilər.

“Dənizdə yaşıl enerji layihələri, elektrik şəbəkələrinin genişləndirilməsi, elektrik ötürücü xətlərin inşası, enerji saxlama sistemləri və bərpaolunan enerji texnologiyaları üzrə investisiya və inkişafyönümlü əməkdaşlıqla Çinin bu dəhlizlərdə geniş iştirak imkanları var”,- deyə nazir əlavə edib.

Konfransın yekununda “Kəmər və Yol Yaşıl Enerji Əməkdaşlıq Fəaliyyət Planı” qəbul olunub.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?