Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsində müsbət dinamika var
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 3,7 faiz artaraq 4,9 milyard dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan MDB ölkələrinə ixrac: 1,24 milyard dollar (+5,5 faiz)
MDB ölkələrindən Azərbaycana idxal: 3,66 milyard dollar (+3 faiz)
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 14,22 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,12 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi