13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nüfuzlu “Mining Journal” nəşri “Daşkəsən dəmir filizi” layihəsinə geniş məqalə həsr edib

Böyük Britaniyanın nüfuzlu “Mining Journal” nəşrinin onlayn resurslarında – “mining-journal.com” və “miningnews.net” veb-səhifələrində “AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin icra etdiyi “Daşkəsən dəmir filizi” layihəsi ilə bağlı geniş məqalə dərc edilib.

QSC-dən verilən məlumata görə, məqalədə Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi, mütərəqqi beynəlxalq təcrübə və müasir texnoloji həllərlə dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən fəaliyyətdən bəhs olunub. Qeyd edilib ki, mədən şirkəti ixracyönümlü polad məhsullarının hazırlanması üçün yüksək keyfiyyətli xammala artan tələbatın ödənilməsi məqsədilə ilkin mərhələdə dəmir konsentratının istehsalı üçün Zənginləşdirmə zavodunun inşasını planlaşdırır. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra pellet son məhsul olaraq 95 faiz dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı üçün inşa ediləcək HBI zavoduna yönəldiləcək.

Məqalədə, həmçinin zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyaların nəzərə alındığı qeyd olunub. İstehsal zəncirinin son halqası olan HBI texnologiyasının klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60 faizədək azaldılmasına imkan yaratdığı, bu texnologiyanın gələcəkdə istehsal prosesində hidrogenə keçid edilməsinə, beləliklə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunun möhkəmləndiriləcəyi vurğulanıb.

Məqalədə layihənin böyük iqtisadi və sosial əhəmiyyəti fonunda xarici investorlar tərəfindən ciddi maraq göstərildiyi, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsinin Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluq indeksinə müsbət təsir göstərəcəyi, minlərlə daimi iş yerinin yaradılacağı qeyd olunub.

Sözügedən məqalə ilə aşağıdakı linklərdə tanış olmaq olar:

“Mining-journal.com” - https://shorturl.at/G3Gh7

“Miningnews.net” - https://shorturl.at/4p04Q

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?