17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yaşıl enerji” layihələrinə cəlb olunan özəl investisiyaların artırılmasına şərait yaradılacaq

“Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, komissiyanın sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaşıl enerji keçidi istiqamətində həm qanunvericilik sahəsində, həm də genişmiqyaslı layihələrin icrası üzrə atılan addımların strateji əhəmiyyətini diqqətə çatdırıb.

İclasın gündəliyinə uyğun olaraq komissiyanın son iclasından ötən dövr ərzində həyata keçirilmiş tədbirlərlə bağlı hesabat təqdim edilib. Hesabatda müxtəlif layihələrin icra vəziyyəti, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat verilib.

Günəş enerjisi üzrə keçirilən hərracın cari mərhələsi, habelə bu istiqamətdə görüləcək tədbirlər müzakirə edilib. Qeyd olunub ki, hərracların səmərəli təşkili “yaşıl enerji” layihələrinə cəlb olunan özəl investisiyaların artırılmasına şərait yaradacaq.

Dünya Bankının dəstəyi ilə həyata keçirilən bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində görülən işlər barədə məruzə dinlənilib.

İclasda, həmçinin bp şirkəti tərəfindən həyata keçirilən “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı görülən işlər diqqətə çatdırılıb. 240 meqavat gücündə stansiyanın ölkəmizdə bərpaolunan enerjinin ümumi enerji istehsalında payının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi və regionda ekoloji təmiz enerjiyə keçid prosesini sürətləndirəcəyi qeyd edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, SOCAR, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Minatəmizləmə Agentliyi, “AzərEnerji” ASC, “Azərişıq” ASC və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edib.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?