16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təməli qoyulan 3 yeni müəssisə tərəfindən ümumilikdə 60 milyon manatdan çox investisiyanın yatırılması, ilkin mərhələdə 950-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan müəssisələr tərəfindən Sənaye Parkının ərazisində tamet daşlarının, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı, həmçinin mebel klasterinin yaradılması layihələri həyata keçiriləcək.

Müəssisələrdə istehsal ediləcək məhsullar ilk növbədə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə xarici bazarda satılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Sənaye Parkının 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək rezidentlər tərəfindən Sənaye Parkında görülən işlərə 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Sənaye Parkında işəgötürmə prosesində Cəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər. Bu müəssisələr Litvanın “Dominari” şirkətinin mebel klasteri, “Karabakh Stone” MMC və “Prestij-Kimya” MMC-nin zavodlarıdır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?