11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il İtaliyaya 9 milyard kubmetrdən çox qaz ixracı gözlənilir

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşüb.

Energetika Nazirliyinin məlumatına görə, italiyalı nazirlə görüşdə enerji əlaqələrinin genişlənməsi xüsusunda SOCAR ilə “Eni S.P.A” şirkətinin əməkdaşlığı, TAP layihəsinin ötürücülük gücünün artırılması, “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırmasında iştirakı, bərpaolunan enerjinin tədarük imkanları kimi məsələlər müzakirə edilib. Bu il İtaliyaya 9,6 milyard kubmetr qaz ixracının gözlənildiyi qeyd olunub.

“Yaşıl enerji dəhlizi” layihəsi üzrə proseslərin cari vəziyyətindən, layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın da daxil edilməsindən bəhs edilib. Serbiya və İtaliyanın da bu layihəyə qoşulma perspektivləri dəyərləndirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub və italiyalı nazir “Enerji Günü”nə dəvət edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?