18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşma nümayiş etdirilir

Azərbaycanda qlobal iqtisadi çağırışlara və yeni inkişaf tələblərinə adekvat yanaşma nümayiş etdirilir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, dünyada müşahidə olunan mənfi iqlim trendlərinin yaratdığı fəsadlar və sürətlə dəyişən texnoloji innovasiyaların yaratdığı imkanlar milli iqtisadiyyatlar qarşısında yeni çağırışlar və perspektivlər müəyyən edir.

“Daha dayanıqlı və çevik iqtisadi modellərə keçid üzrə yeni tələblər formalaşır, bu tələblərə uyğun islahatların həyata keçirilməsi, innovasiyalara və yaşıl texnologiyalara investisiyaların yatırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi zərurətə çevrilir. Ölkəmizdə qeyri-neft sektoru şaxələndirilir, yeni sənaye və istehsal sahələri yaradılır, insan kapitalı inkişaf etdirilir və rəqəmsal iqtisadiyyatın tətbiqi genişləndirilir. Yeni nəsil iqtisadiyyatın tələbləri nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən 5 Milli Prioritet müəyyənləşdirilib. 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetimiz var: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və yaşıl artım ölkəsi. Milli Prioritetlər Azərbaycanı təmiz ətraf mühit, yaşıl artım ölkəsinə, innovasiyalar məkanına çevirmək və dayanıqlı iqtisadi artıma nail olmaqda önəmlidir”, - deyə nazir müavini əlavə edib.

AZƏRTAC

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?