3 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti Özbəkistan bazarına lavanda çıxarmağa hazırlaşır

Azərbaycanda lavanda şitilinin istehsalı və satışı sahəsində fəaliyyət göstərən "The Best Choice" MMC Özbəkistan bazarına çıxmağa hazırlaşır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov deyib.

Onun sözlərinə görə, Özbəkistana 15 hektarlıq ərazidə əkilmək üçün təxminən 150 min ədəd şitilin ixrac edilməsi məqsədilə danışıqlar aparılır. İxrac bu ilin noyabr ayında reallaşdırıla bilər.

"The Best Choice" MMC 2023-cü ildə 250 min lavanda şitili satıb. Şirkətin əsas alıcıları Azərbaycan bazarındakı fiziki və hüquqi şəxslər olub.

E.Əhmədov əlavə edib ki, suvarmaya ehtiyac olmadığı, eyni zamanda arıçılıq üçün əsas qida bazalarından biri olduğu və son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə arıcılığın inkişafına önəm verildiyi üçün lavanda əkinlərinin salınmasına maraq getcikcə artır.

Şirkət bu mövsümdə satışa 1,5 milyon ədəd şitil çıxaracaq. Lavandanın əkilməsi üçün əsas mövsüm oktyabrdan dekabrın əvvəlinədək, eyni zamanda fevraldan aprelədək olan dövrdür.

Xatırladaq ki, “The Best Choice” MMC 2018-ci ildən Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni istiqamət olan tibbi aromatik bitkilərin yetişdirilməsi ilə məşğul olur. Şirkət fəaliyyətini Qəbələ rayonunda 30 hektar ərazidə lavanda (Angustifolia), nanə (Peppermint) və melissa kimi tibbi aromatik bitkilərin yetişdirilməsi, bu bitkilərdən alınan yağların istehsalı və satışı, eyni zamanda lavanda tinglərinin yetişdirilməsi üzərində qurub.

İlhamə İSABALAYEVA

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?