21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaların həcminin artırılması istiqamətində işlər aparılır

"Türkiyənin hədəfi Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşımaların həcminin artırılmasına nail olmaqdır". Bunu "Türkiyə Dövlət Dəmiryolları" şirkətinin baş direktoru Əli İhsan Uyğun Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Gürcüstana ilk yük qatarının yola salınması mərasimində deyib. O, BTQ ilə Türkiyədən Gürcüstana müxtəlif sənaye məhsullarının daşınacağını bildirib: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımaları artırmaq məqsədilə dost və qardaş Gürcüstanla yaxın əməkdaşlıq həyata keçirilib. Bu gün Gürcüstana ilk yük qatarı yola salınıb. Bundan sonra Gürcüstana illik 120 min ton dəmir filizi daşınacaq".

Ə.İ.Uyğun bildirib ki, Türkiyə BTQ dəmir yolu layihəsinin həyata keçirilməsinə böyük önəm verir: "2017-ci ildə istifadəyə verilən bu xətt üzərindən Türkiyə, Azərbaycan və Qazaxıstan arasında yük daşımaları reallaşdırılıb".

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?