21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2023-cü ildə Rusiyadan dəyəri 20 milyon dollardan çox süd məhsulları idxal edilib

Rusiyanın ixracatçı şirkətlərinin Azərbaycana biznes missiyası çərçivəsində “Süd məhsullarının tədarükünün artırılması potensialı” mövzusunda dəyirmi masa keçirilib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzinin məlumatına görə, iki ölkənin biznes nümayəndələri həm ənənəvi süd məhsulları, həm də quru süd və zərdab kimi əmtəə məhsulları ticarətinin inkişafını müzakirə ediblər.

Rusiyanın Milli Süd İstehsalçıları İttifaqının baş direktoru Artem Belovun sözlərinə görə, 2023-cü ildə Rusiya Azərbaycana dəyəri 20 milyon dollardan çox süd məhsulları ixrac edib. Onun sözlərinə görə, Rusiya süd və qənnadı sənayesi, eləcə də HoReCa seqmenti üçün xammal bazası təmin etməkdə Azərbaycan üçün etibarlı tərəfdaş olmağa hazırdır.

Azərbaycanın böyük emalçı və hazır süd məhsulları istehsalçısı olan “Milla Dairy”nin baş direktoru Adil Vahabzadə bildirib ki, 2025-ci ilin ortalarına qədər şirkət emal gücünü sutkada 300 tondan 400 tona çatdırmağı planlaşdırır və buna görə də xammala ehtiyac var. Digər Azərbaycan istehsalçıları da istehsal üçün xammalın, ilk növbədə quru süd və zərdabın Rusiyadan idxalında maraqlı olduqlarını bildiriblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?