15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Slovakiya arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, energetika sektorunda birgə fəaliyyət, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi kimi məsələləri müzakirə ediblər. Görüşdə Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

-----

13:47

Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Saková ilə görüşdə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəmində olan prioritetləri müzakirə etdik:

– Biznes tərəfdaşlığının inkişaf perspektivləri;

– Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları;

– Ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti;

– Əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi;

– Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznesforuma hazırlıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?