22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM ölkə universitetlərinin “Strategic Intelligence” platformasına çıxışına dəstək olacaq

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platforması tərəfindən Azərbaycan universitetlərinin nümayəndələri üçün məlumat sessiyası keçirilib.

Mərkəzin məlumatına görə, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) nümayəndələrinin iştirak etdiyi infosessiyada qeyd olunub ki, platformanın qeydiyyatdan keçən istifadəçi sayı 1 milyondan çoxdur. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.

Görüşdə, həmçinin, 4SİM-in dəstəyi ilə universitetlərimizin bu platformada kontent təminatçısı olma imkanları müzakirə edilib. Növbəti mərhələ universitetlərin araşdırma və tədqiqatla bağlı nəşrlərinin “Strategic Intelligence” platforması ilə inteqrasiya olunmasıdır.

Bu əməkdaşlığın faydası ölkəmizdə elmi-tədqiqat, eləcə də elm və təhsil müəssisələrinin kontent təminatçısı olmaq imkanı əldə etməsi, qlobal şirkətlərlə əməkdaşlıq imkanının yaradılması və universitetlər arasında əməkdaşlığı təmin etməkdir.

“Strategic Intelligence” (https://intelligence.weforum.org/) yüzlərlə qlobal problemi və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. Süni intellekt əsaslı bu platforma hər hansı bir mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. Məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur. Transformasiya xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?