22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin təsis etdiyi “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi seçilib. “4Sİ Akademiyası” süni intellekt sahəsində bilik və bacarıqların əldə olunmasını fəal təbliğ etdiyinə, əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə “Coursera”nın tərəfdaşı olan 42 ölkə tərəfindən təqdim edilən 180-dən çox layihə arasından seçilərək mükafata layiq görülüb.

Mükafat sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçirilən “Coursera Şəbəkə Konfransı” çərçivəsində “Coursera”nın həmtəsisçisi və sədri, Stenford Universitetinin professoru Endryu İn tərəfindən 4SİM-in icraçı direktoru Fariz Cəfərova təqdim edilib. F.Cəfərov konfransda “4Sİ Akademiyası” haqqında təqdimatla çıxış edib və layihənin uğur hekayəsini iştirakçılarla bölüşüb.

Bildirilib ki, “4Sİ Akademiyası”nın məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə çərçivəsində 1 il ərzində ölkə üzrə 10 min nəfər “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanıb. İstifadəçilər 4Sİ texnologiyaları, süni zəka, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya, biznes, idarəetmə və digər istiqamətlərdə 32 min saatdan çox video mühazirəyə qatılıblar. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər. Layihənin “Milli Proqram” şəklində davam etdirilməsi nəzərdə tutulub. Bu mərhələdə 200 min vətəndaşımıza 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradılacaq.

Dünya üzrə ən populyar tədris platforması olan “Coursera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı təhsil platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür.

-----

11:25

"4Sİ Akademiyası" ABŞ-nin dünyada tanınmış onlayn təhsil platforması olan "Coursera" tərəfindən "Üstün Nailiyyət Mükafatı 2024"ün Süni İntellekt İnnovasiyası nominasiyası üzrə qalibi seçilib. Bu nailiyyət rəqəmsal iqtisadiyyata keçid üçün insan kapitalının inkişafına yönəlmiş səylərimizin beynəlxalq səviyyədə tanınmasıdır. Təbriklər, "4Sİ Akademiyası" komandası!”

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşımında yazıb.

Nazir əlavə edib ki, bu layihə ilə 10 min nəfər "Coursera" təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib: “Növbəti mərhələ isə 200 min vətəndaşımıza 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq "Milli Proqram" layihəsidir”.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?