22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İstisu” mineral su zavodu sertifikatlaşdırılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşları “İstisu” mineral su zavodunun idarəetmə sistemi və laboratoriyalarının, o cümlədən istehsal edilən məhsullarının yerli və beynəlxalq standartların tələblərinə uyğunluğunu izləmək məqsədilə sözügedən zavodda olublar.

İnstitutun məlumatına görə, görüş zamanı AZSTANDART-ın ekspertləri laboratoriya şəraitində su qurğularının test edilməsi, ağır metalların sudan təmizlənməsi, təmizlənmiş suyun laboratoriya şəraitində yenidən yoxlanması, qablaşdırılması, hazır məhsulun standartın tələblərinə uyğun şəraitdə saxlanılması və istehlakçıya çatdırılması prosesi ilə tanış olublar.

Sonda AZSTANDART tərəfindən “İstisu” mineral su zavodunun idarəetmə sistemləri ISO 9001:2015 və ISO 22000:2018 yerli və beynəlxalq standartların tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb.

Həmçinin “İstisu” mineral su zavodunun istehlakçıya təqdim etdiyi içməli təbii mineral su məhsulunun AZS 216–2006 "İçməli təbii mineral sular. Ümumi texniki şərtlər" standartına uyğun şəkildə sertifikatlaşdırılması AZSTANDART tərəfindən təmin olunub.

Beləliklə, “İstisu” təbii mineral suyu yerli və beynəlxalq, keyfiyyət və təhlükəsizlik standartlarının tələblərinə cavab verir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?