7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Texniki pasport və torpaq sahələrinə dair sənədlərin həqiqiliyini elektron formada yoxlamaq mümkündür

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin olunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq edilən innovativ dəyişikliklər həm mülkiyyətçilər, həm də mülkiyyət sahibi olmaq istəyənlər üçün daha etibarlı hüquqi əməliyyatlar aparmağa imkan yaradır.

Dövlət Xidmətinin məlumatına görə, son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formada təqdim edilməsidir. Mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı, daşınmaz əmlaka dair texniki sənədlərin elektron qaydada verilməsi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə, əmlakın qeydiyyatının daha da sadələşdirilməsinə imkan verib.

Artıq mülkiyyətçilər daşınmaz əmlaka dair texniki sənədlərini onlayn formada qeydiyyat və reyestr nömrələrini qeyd etməklə yoxlaya bilirlər.

Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlaka dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxış keçirmək olar. Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış etmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqında dolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilən nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki pasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları, daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.

Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat almaq imkanı yaranır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?