7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Belarusla iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən birgə tədbirlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verib. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29%-ə yaxın artıb.

Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

-----

14:44

“Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşdük. Azərbaycan - Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?