22 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vladanka Andreyeva: “Azərbaycan iqlim siyasətində nümunəvi rol oynayır”

“İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” platforması iqlim məsələlərində güvən qazanmaq üçün vacib təşəbbüsdür. Xüsusən Azərbaycan bu baxımdan örnək olan ölkələrdən biridir və iqlim siyasətində nümunəvi rol oynayır. Azərbaycanın bu sahədəki uğurları və davamlı inkişafı digər ölkələr üçün ilham mənbəyi ola bilər”.

Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “İqlim şəffaflığı sahəsində yüksək səviyyəli dialoq” mövzusunda keçirilən tədbirdə söyləyib.

V.Andreyeva bildirib ki, bu platforma yalnız iqlim məsələlərində şəffaflığı artırmaqla qalmayacaq, eyni zamanda, müxtəlif ölkələrin həmin sahədə təcrübə və biliklərini bölüşməsinə imkan yaradacaq: “Azərbaycan bu platforma çərçivəsində əldə etdiyi təcrübə və biliklər ilə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Bu platformanın əsas məqsədi iqlim məsələlərində qlobal səviyyədə əməkdaşlığı gücləndirmək və daha səmərəli nəticələr əldə etməkdir”.

“Birlikdə bu təşəbbüs üzərində qətiyyətlə çalışmalıyıq. Çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə real nəticələr əldə etmək üçün önəmlidir. Artıq hərəkətə keçmək və konkret addımlar atmaq vaxtıdır. COP29 çərçivəsində əldə olunacaq nəticələr iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə güclü təkan verə bilər və bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir”, - deyə V.Andreyeva əlavə edib.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?