11 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı kəskin artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 151% artım deməkdir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesi nümayəndələri Hindistanın Nyu-Delhi şəhərində keçirilən “BLTM” (“Business+Leisure Travel and MICE”) sərgisində ilk dəfə iştirak edir.

Sərginin açılış mərasiminə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də qatılıb.

Sərgidə ölkəmizi Turizm Bürosu ilə birgə “Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 9 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irs, milli mətbəx nümunələri, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

Həmçinin Hindistanın turizm üzrə aparıcı şirkətləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?