15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cənubi Qafqazda ilk: Azərbaycanda qlükoza fruktoza siropu istehsal olunacaq

Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsi olan “CPC” MMC-nin Oğuz rayonunda yerləşən istehsal müəssisəsində yeni istehsal xətti istifadəyə verilib.

MMC-dən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, qlükoza fruktoza siropunun (GFS) istehsalı xəttinin günlük istehsal gücü 55-60 tondur. Yeni sahədə istehsal edilən xammalın 30 faizdən çoxu artıq ixrac olunmağa başlayıb.

Yeni istehsalına başlanılmış qlükoza fruktoza siropu sərinləşdirici içkilərdə, mürəbbə, qatlaşdırılmış süd, peçenye və digər istehsal sahələrində geniş istifadə edilir.

Qeyd edək ki, qarğdalıdan alınan qlükoza fruktoza siropunun bir çox üstünlükləri var. O, orqanizm tərəfindən tez mənimsənilir, istifadəsi müxtəlif qida məhsullarının və içkilərin kalorisini 1/3 qədər azaltmağa imkan verir, şəkərin tam əvəzedicisidir. Qlobal bazarda GFS öz xüsusiyyətlərinə görə çuğundur və qamış şəkəri ilə rəqabət apara bilir.

2011-ci ildə fəaliyyətə başlayan “CPC” MMC turşu qlükoza siropu, qarğıdalı nişastası, fermentativ qlükoza siropu, maltoza və qlükoza fruktoza siropu istehsal etməklə fəaliyyət dairəsini genişləndirir.

Oğuz rayonunda yerləşən və qarğıdalı emalı üçün çevik, sürətli və səmərəli texnoloji həllər təklif edən peşəkar avadanlıqlara malik zavodun istehsal gücü ildə 30 min tondur.

13 ildir fəaliyyət göstərən müəssisə çörək, şirniyyat və qənnadı məmulatları, sərinləşdirici içkilər, karton və kağız sənayesi, heyvan yetişdirilməsi, ət məhsulları, tekstil və digər sənayedə məhsul istehsalında istifadə ediləcək xammal emalını həyata keçirir. Məhsulların böyük qismi Gürcüstan, Türkmənistan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

İlhamə İSABALAYEVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?