10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən ISO 9000:2015 “Quality management systems. Fundamentals and vocabulary” beynəlxalq standartı əsasında AZS ISO 9000:2024 “Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət” dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, məlum olduğu kimi, Keyfiyyəti İdarəetmə Sistemləri (KİS) müəssisə və təşkilatların fəaliyyətini müvafiq sahələr üzrə qanunvericilik və beynəlxalq tələblərə uyğun təşkil etmək, o cümlədən müştəri məmnuniyyətini təmin etmək üçün tətbiq olunan əsas prinsipləri və metodları əhatə edir. KİS-in effektiv tətbiqi və davamlı təkmilləşdirilməsi üçün müvafiq terminologiyanın düzgün anlaşılması və istifadə edilməsi əsas məsələlərdən biridir.

Yeni dövlət standartının tətbiqi keyfiyyəti idarəetmə sahəsində vahid terminologiyadan istifadə etməklə müəssisə və təşkilatlarda digər idarəetmə sistemləri ilə qarşılıqlı əlaqəni təmin edəcək və KİS-in effektiv və səmərəli şəkildə tətbiq edilməsinə imkan yaradacaqdır.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?