15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə də “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq

İngiltərənin London şəhərində keçirilmiş Beynəlxalq Bürolar Şurasının 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənib.

vergiler.az” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat verib. Bildirilib ki, yenilənən sənədlərə əsasən Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılıb və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunub. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilib.

Xatırladaq ki, “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılıb. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınan avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.

2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olub və Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilməyə başlayıb. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün bu sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?