14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəncədə  “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

6-8 avqust tarixlərində Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Gəncə” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəki şəhərlərində “KOB FEST” sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?