7 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonla görüşüb.

Ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən Ətraf Mühit Proqramı ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, həmçinin ekoloji baxımdan əlverişli “yaşıl” texnologiyaların tətbiqi və “yaşıl” iqtisadiyyata keçidlə bağlı ölkəmizdə görülən işlər haqqında məlumat verilib. Bu məsələlərin Azərbaycanın Milli Prioritetlərindən biri ilə bağlı olduğu qeyd edilib. Eyni zamanda, bu il Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanda alternativ enerjiyə keçid sahəsində görülən işlər təqdir olunub, bu ilin“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin bu sahədə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Tərəflər BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlığın genişləndirilməsi, ölkəmizin Ətraf Mühit Proqramının maliyyə və “Qlobal soyutma” təşəbbüslərinə qoşulması imkanları, COP29-a hazırlıq çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?