19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl texnologiyaların tətbiqi bizneslərin rəqabət qabiliyyətinin artırılmasına imkan yaradır

Bu il Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi və 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi yaşıl iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır.

vergiler.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “5-ci yerli sahibkarların tanıtım sərgisi”ndə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, həm ölkəmizin imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Yaşıl və resurs-səmərəli texnologiyaların və davranışların tətbiqi bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığının yüksəldilməsinə imkan yaradır: “Hazırda təşkil olunan sərgi də müvafiq sahədə mütərəqqi təcrübələri nümayiş etdirmək və bizneslərin şəbəkələşməsi ilə onlar arasında təcrübə mübadiləsini təşviq etmək üçün mühüm platforma təmin edir”.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?