26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin ilk 5 ayı ərzində 154 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154 337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 23 989-u (15,5 faizi) ilkin, 130 348-i isə (84,5 faizi) təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 23 455, mənzil üzərində - 34 094, torpaq sahəsi – 91 749, qeyri-yaşayış binası – 1 357, qeyri-yaşayış sahəsi – 3 345, əmlak kompleksi - 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39 177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bununla yanaşı cari ilin yanvar-may ayları ərzində 114 705 texniki pasport tərtib edilib, 29 311 ipoteka müqaviləsi qeydiyyata alınıb.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?