24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində - 15, 17 və 18 iyun tarixlərində fəaliyyət göstərəcək.

Dövlət Xidmətinin məlumatına görə, qeyd olunan bayram günlərində sahibkarlıq subyektləri mənşə sertifikatını əldə etmək üçün yuxarıda qeyd edilən ünvanlara müraciət edə bilərlər.

Qeyd edək ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının xidmətlər bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) üzərindən həyata keçirilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?