25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

AZPROMO-dan verilən məlumata görə, sənədi Agentliyin icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın xarici işlər nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Konstantinos Fraqkogyannis imzalayıblar.

Anlaşma Memorandumu ixrac və investisiya sahələrində birgə fəaliyyətin aktivləşdirilməsini, hər iki ölkədə investisiya imkanlarının təşviq edilməsini, eləcə də ölkələrin biznes icmaları arasında işgüzar əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutur.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?