16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Azərxalça” 15-ci Beynəlxalq “Şərq xalçaları” konfransında iştirak edib

“Azərxalça” 15-ci Beynəlxalq “Şərq xalçaları” konfransında iştirak edib

“Azərxalça” ASC İstanbulda təşkil olunan 15-ci Beynəlxalq “Şərq xalçaları” konfransında iştirak edib.

QSC-dən verilən məlumata görə, konfransın əsas mövzusu “Şərq xalçaşünaslığı 2024: Xalçaçılıq və xalça kolleksiyasının keçmişi və gələcəyi” olub. Konfransda iki əsas sahəyə xüsusi diqqət yetirilib: “Tarixi xalçalar və tekstil” və “Müasir incəsənət, dizayn və yeni istehsalat”.

Tədbirdə müxtəlif mövzularda iştirak etmək üçün 4 qitə, 20 ölkədən ümumilikdə 76 təklif daxil olub.

Konfransda “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov da iştirak edib. O, “Azərbaycan xalçaçılıq sənətində mədəni irsin davamlı inkişafı - üç nümunə əsasında” mövzusunda çıxış edib. Çıxış zamanı müasir dövrdə ASC-nin Azərbaycanın aparıcı və ən böyük xalça istehsalçısı kimi fəaliyyəti, istehsalatla yanaşı, mədəni irsin qorunması, müasir dövrə, zövqə və interyerə uyğunlaşdırılması, qədim köklər, adət- ənənələr əsasında çağdaş tələblərə cavab vermə qaydalarından söz açılıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?