5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına əsasən, neft, neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport və metro), telekommunikasiya sahələrində təbii inhisar subyektlərinin nümayəndələrinin iştirak etdiyi görüş bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsində müəyyən edilən təbii inhisar sahəsində dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilib.

Görüş zamanı Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı təqdimatla çıxış edərək iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Məcəllədə yer alan tələblərə əsasən, təbii inhisar subyektləri rəqabət orqanına öz fəaliyyətləri barədə müvafiq hesabatları, habelə rəqabət orqanının sorğusuna əsasən digər hesabatları, investisiya layihələrini, digər sənədləri və məlumatları təqdim etməlidirlər.

Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?