11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mediasiya xidmətinə görə haqq və xərclər müəyyənləşib

Nazirlər Kabineti "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"ni təsdiq edib.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manat mediasiya haqqı müəyyən olunub. İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 501 manatdan 1.000 manatadək olduqda 40 manat, iddia qiyməti 1.001 manatdan 5.000 manatadək olduqda 60 manat, iddia qiyməti 5.001 manatdan 10.000 manatadək olduqda 100 manat, iddia qiyməti 10.001 manatdan 50.000 manatadək olduqda 200 manat, iddia qiyməti 50.000 manatdan çox olduqda 400 manat mediasiya xidməti üzrə xidmət haqqı tutulacaq.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd: Mediasiya sığortaçılarla zərərçəkmiş şəxslər arasında barışdırıcı funksiyanı yerinə yetirəcək bir mərhələ olaraq qəbul edilir. Mediasiya institutu hələ qədim Babildə, Roma (Justinian əsərləri ilə tanınmış, ilk vaxtlar medium, interpres kimi adlanmışdır) və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir. Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli (Alternative dispute resolution) üsulu kimi qəbul olunur. Qonşu Rusiyada 27.07.2010-cu il, Türkiyədə isə 22.06.2012-ci il tarixli qanunla mediatorlar müstəqil ixtisas sahibləri kimi tanınmışdır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?