12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkının rezidenti karton istehsalının həcmini artıracaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karton istehsalının həcmini artıracaq.

QSC-dən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, hazırda zavodun aylıq karton istehsal etmə gücü 200 min kvadratmetrdir. Zavod aylıq istehsal gücünü 500 min kvadratmetrə çatdırmaq üçün Çin və Türkiyədən yeni avadanlıqlar sifariş edib. Təxminən 3 aydan sonra istehsal gücünün qoyulan hədəfə çatacağı gözlənilir.

Qida məhsulları, məişət texnikası və s. qablaşdırılması üçün istifadə edilən kartonlar müştərilərin sifarişlərindən asılı olaraq müxtəlif ölçüdə hazırlanır. Hazırda bəzi avadanlıqların olmaması kartonların yapışdırılması və preslənməsini həyata keçirməyə imkan vermir. Yeni avadanlıqlar quraşdırıldıqdan sonra isə QSC bu prosesləri də yerinə yetirməklə istehsal həcmi və sifarişlərinin sayını artıra biləcək.

Müəssisə karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. İndiyədək Rusiyadan təqribən 600 min manatlıq xammal gətirilib.

Qeyd edək ki, “UPI - Universal Packing Industry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıqdır. Zavod 2023-cü ilin oktyabr ayından fəaliyyətə, cari ilin aprel ayından isə karton istehsalına başlayıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?