19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 37000:2021 “Governance of organizations. Guidance” beynəlxalq standart əsasında AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər” yeni dövlət standartı qəbul edilib.

Qurumun məlumatına əsasən, dövlət standartı idarəetmə orqanlarında vəzifələrin effektiv, diqqətli və səmərəli formada yerinə yetirilməsini, o cümlədən idarəetmə prosesində inam, inklüzivlik, hesabatlılıq, etibarlılıq, operativlik, şəffaflıq və ədalətliliyin artırılmasını təmin edəcək idarəçilik prinsiplərini müəyyənləşdirir.

Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda korporativ idarəetmə prosedurlarını beynəlxalq tələblərə uyğunlaşdırmaqla maliyyə-iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, risklərin effektiv idarə olunmasına, etibarlı daxili nəzarət sisteminin yaradılmasına imkan verəcək.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?