23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda ISO-nun təşəbbüsü ilə regional seminar keçirilir

Bakıda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) təşəbbüsü və Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, 31 may tarixinədək davam edəcək seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Monqolustan, Qətər, Ruanda, Yəmən, İsveçin milli standartlaşdırma qurumlarının rəhbər heyəti iştirak edir.

Seminarın əsas məqsədi ISO-nun strategiyası və fəaliyyəti, qərar qəbuletmə prosesləri, idarəetmə strukturları üzrə biliklərin təkmilləşdirilməsi, ISO-nun üzvləri olan milli standartlaşdırma qurumlarının rəhbər heyətinin liderlik bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən ISO-nun fəaliyyətində və strukturunda milli standartlaşdırma qurumlarının nümayəndələrinin iştirakının genişləndirilməsidir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?