13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı iclas keçirilib

İqtisadiyyat Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Dövlət Proqramı üzrə Əlaqələndirilmə qrupunun 2024-cü il üçün Yol Xəritəsinin təqdimatı edilib, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər müzakirə edilib.

İclasda, həmçinin Dövlət Proqramı çərçivəsində yeni qanunverilicik və təşəbbüs layihələrinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin təqdimatı keçirilib.

Bildirilib ki, Komissiyanın Rəqəmsal İdarəetmə Platforması vasitəsilə icraçı qurumlar tərəfindən təqdim olunan təkliflərə və ya layihələrə özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyalarının təmsilçiləri tərəfindən müvafiq tövsiyələrin təqdim olunması Dövlət Proqramının Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına müsbət töhfə verə bilər.

Qeyd: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrası məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?