13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiya əməkdaşlığı Azərbaycan-Latviya iqtisadi əlaqələrinin mühüm sahələrindən biridir YENİLƏNİB

"1995-2023-cü illərdə Latviyadan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 166 milyon dollar təşkil edib. Qeyd edilən dövrdə eyni həcmdə kapital qoyuluşu Azərbaycan tərəfindən Latviya iqtisadiyyatına yönəldilib".

Bunu Azərbaycan-Latviya biznes forumunda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu il fevralın əvvəlinə Azərbaycanda sənaye, nəqliyyat, ticarət və xidmət sahələrində Latviya kapitallı 69 şirkət qeydiyyatdan keçib ki, onlardan 48-i aktiv fəaliyyət göstərir.

“İnvestisiya əməkdaşlığı Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrin mühüm sahələrindən biridir. Latviya və Azərbaycan Aİ-nin ümumi dəyəri 9 milyon avro olan 8 Tvinninq layihəsində birgə iştirak edib. Nəzərə alsaq ki, Latviya ərazisinin təxminən 30 faizi kənd təsərrüfatı üçün ayrılıb və biz işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatına yenidən inteqrasiyası və davamlı kənd təsərrüfatı üsullarının tətbiqi üçün böyük səylər göstəririk, mən əməkdaşlıq üçün böyük potensial görürəm”, - S.Məmmədov əlavə edib.

S.Məmmədov deyib ki, Azərbaycanın unikal coğrafi mövqeyi ölkəyə Şərq-Qərb, Şimal-Cənub və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi çoxsaylı nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilməyə imkan verir.

Onun sözlərinə görə, qədim İpək Yolunun bir hissəsi olan və Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab edilən Şərq-Qərb nəqliyyat dəhlizi qitələri birləşdirmək baxımından yeni əhəmiyyət kəsb edir: “Azərbaycan Şərqlə Qərbi birləşdirən “Bir kəmər, bir yol” təşəbbüsünün ən mühüm komponenti olan Orta Dəhlizin formalaşmasında həlledici rol oynayıb. Əslində biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyduq. Son on ildə Azərbaycan Xəzər dənizində ilkin ötürmə qabiliyyəti 15 milyon ton olan və 25 milyon tona qədər genişləndirilməyə hazır olan ən böyük dəniz ticarət limanını da inşa edib”.

Nazir müavini Xəzər regionunda yüklərin səmərəli daşınmasını təmin etmək üçün gəmi istehsal etməyə qadir olan Bakı Gəmiqayırma Zavodunun əhəmiyyətini vurğulayıb. “İpək Yolunun ayrılmaz hissəsi kimi Orta Dəhliz populyarlıq qazanır və hərəkətin həcmində davamlı artım müşahidə olunur. 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86 faiz artaraq 2,7 milyon ton təşkil edib”, - S.Məmmədov əlavə edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?