26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ilk dəfə “Macfrut” sərgisində iştirak edir

İtaliyanın Rimini şəhərində “Macfrut 2024” beynəlxalq sərgisi işə başlayıb. Azərbaycan sözügedən tədbirdə ilk dəfədir iştirak edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını təqdim edir. Belə ki, stenddə ölkəmizdə istehsal olunan müxtəlif meyvə-tərəvəzlər, ədviyyatlar, giləmeyvələr, qurudulmuş meyvələr, bitki yağları və digər məhsullar nümayiş olunur.

Bundan başqa, stenddə qida-dəyər zəncirinin formalaşmasında rol oynayan qurumlar – Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), AZPROMO və ADA Universiteti təmsil olunur, ziyarətçilərə ölkəmizin aqrar sahədəki potensialı, qida sənayesində təhlükəsizliyin təmin olunması, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanları, ADA və Bolonya universitetlərinin Dayanıqlı Bağçılıq Sistemləri mövzusundakı birgə sertifikat proqramı barədə ətraflı məlumat verilir.

Sərgi mayın 10-dək davam edəcək.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?