27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4SİM Talks” çərçivəsində “Sintetik xatirələr” layihəsi Bakıda təqdim olunub

Süni intellektdən istifadə edilməklə itirilmiş xatirələri yenidən oyatmağa çalışan qabaqcıl yeni layihə demensiya diaqnozu qoyulan insanlara ümid verə bilər. İnsan beyni tez-tez keçmiş xatirələri canlandırır. Gün ərzində insanlarda spontan həyat xatirələri yarana bilər. Bu gün mütəxəssislər tərəfindən süni intellektin yaddaş modelini necə canlandırdığı barədə müxtəlif məqalələr dərc olunur. İtirilmiş və ya sənədləşdirilməmiş vizual yaddaşların bərpasına yönələn təşəbbüslərdən biri “Domestic Data Streamers” tərəfindən həyata keçirilən “Sintetik xatirələr” (Synthetic Memories) layihəsidir. Layihə “4SİM Talks”un Bakıda keçirilən 4-cü sessiyası çərçivəsində təqdim olunub.

“Domestic Data Streamers” şirkətinin əməliyyatlar üzrə direktoru Martina Nadalın sözlərinə görə, “Sintetik xatirələr” layihəsində Alzheimer xəstəliyi, həmçinin demensiya və ya digər qrup xəstələrin keçmiş xatirələrini canlandırmaq üçün generativ süni intellekt texnologiyalarından istifadə edilir.

“Biz onların unutduqları anlardan obrazlar yaradırıq. Biz bu texnologiyanı müxtəlif ölkələrdə genişləndirərək, onu səhiyyə sahəsinin ehtiyaclarına uyğunlaşdıra bilərik. Yəni yaşlı əhaliyə daha yaxşı qulluq etmək üçün biz bu texnologiyanın konkret hansı alətinin səhiyyədə tətbiq oluna biləcəyini araşdıra bilərik”, - M.Nadal qeyd edib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?