29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zaur Qardaşov: “Azexport.az” portalı tam yeni bir inkişaf mərhələsinə keçəcək”

Azexport.az” portalı və Rəqəmsal Ticarət Qovşağının (dth.az – Digital Trade Hub) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birgə inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına KOBİA-nın İdarə Heyətinin sədrinin müşaviri Zaur Qardaşov məlumat verib.

Onun sözlərinə görə, təklif olunub ki, portalın inkişaf etdirilməsi üçün KOBİA operator, İİTKM isə məsləhətçi qismində çıxış etsin.

“Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnaməyə və digər qanunvericilik aktlarına 30-a yaxın düzəlişlər təklif edilib. Təqdim olunan təkliflər “Azexport.az” portalını tam yeni bir inkişaf mərhələsinə keçirəcək. Belə ki, portal türkdilli dövlətlərin ortaq satış platforması olmaqla yanaşı, burada digər ölkələrdən olan şirkətlər də iştirak edə biləcəklər. Bundan əlavə, dth.az portalının imkanlarının da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, potensial xarici investorlar xarici diplomatik nümayəndəliklərlə yanaşı, KOB evlərində elektron imza almaq imkanı əldə edəcəklər. Azexport.az portalının digər xidmətləri olan Sərbəst Satış Sertifikatı (SSS) və Vahid İxrac Ərizəsi (VİƏ) platformalarının işi təkmilləşəcək. Sənəd artıq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və hökumətə təqdim etmək üçün hazırdır”, - deyə Z.Qardaşov qeyd edib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?