18 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Miras Jienbayev: “Qazaxıstan və Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlığı fəal şəkildə artıracaq”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənizin mühüm nailiyyətidir və onun dünya siyasətindəki artan rolunu göstərir”.

Bunu "Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MIND Analitik Mərkəzinin Xarici Siyasətin Təhlili və Beynəlxalq Araşdırmalar Proqramının rəhbəri Miras Jienbayev deyib.

“Qazaxıstan COP29-un bizim makroregionumuzda ilk dəfə keçirilməsini ümumi nailiyyətimiz hesab edir. Bu, həqiqətən bütün region üçün bir sıra mühüm imkanlar açır. Cənubi Qafqaz və Mərkəzi Asiya bütün Avrasiya məkanında innovasiya və tərəqqinin real sektora hərtərəfli tətbiqi üçün yeni baza ola bilər”, - ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanın bu istiqamətdəki uğurları ölkənin beynəlxalq mövqeyini kökündən dəyişə bilər.

“Azərbaycan hökuməti ən qabaqcıl texnologiyaların istehsal dövriyyəsinə cəlbi üçün çoxtərəfli diplomatiya alətlərindən və birləşmiş iqtisadi potensialından istifadə edərək, iqtisadiyyatını bütün sektorlarda yaşıllaşdırmaq məqsədilə əhəmiyyətli resurslar ayırır. Bu, COP29-a ev sahibliyi etmək hüququ qazanan Azərbaycanın inamlı qələbəsini qismən təmin edən səylər toplusudur”, - M.Jienbayev söyləyib.

Ekspert onu da qeyd edib ki, dövlətlərimiz qlobal geosiyasətdəki vəziyyətə baxmayaraq, bütün sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa çalışan liderdirlər. Bu qarşılıqlı istəyin və hökumətlərin hərtərəfli işinin mühüm sərvəti, milli liderlərin siyasi iradəsidir. Bu iradə təkcə çoxəsrlik sivilizasiyalararası birliyə əsaslanmır, həm də gələcək əməkdaşlığın yeni konturlarını yaratmağa çalışır.

“Önümüzdəki onilliklərdə əhəmiyyəti daha da artacaq “yaşıl” gündəm Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq üçün ən maraqlı ölçülərdən biridir. Hər iki dövlət dünya bazarında mühüm karbohidrogen tədarükçüsüdür və biz bu potensialı keyfiyyətcə yeni texnoloji səviyyənin mümkünlüyünə çevirməliyik. Buna görə də Qazaxıstan və Azərbaycan həm hökumət siyasətinə yanaşmaların uyğunlaşdırılması, həm də təcrübə mübadiləsi, innovasiyalar və yeni texnoloji həllərin birgə sınaqdan keçirilməsi nöqteyi-nəzərdən yaşıl enerji sahəsində əməkdaşlığı daha fəal şəkildə artıracaqlar”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Tamilla MƏMMƏDOVA

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?