4 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 5-də keçiriləcək.

Dövlət Xidmətinin məlumatına görə, hərracda Şəmkirdə yerləşən “Aşağı Zəyəmçay” (2 ha), Qazaxda “Dəmirçilər”” (1 ha), Balakəndə “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha) və “Paşan” (13 ha), Qəbələdə “Xırxatala” (2 ha), Zaqatalada “Qaraçay I” (30 ha) və “Talaçay” (8 ha), Şəkidə “Qaşqaçay” (2 ha), İsmayıllıda “Təzəkənd” (25 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq. Bununla yanaşı, Masallıda “Güllütəpə I” (7 ha), Göyçayda “Qarabaqqal I” (0,54 ha) və Ağcabədidə “Muğanlı” (1,40 ha) gil yatağı, həmçinin Abşeronda “Qumyataq” (5,6 ha) silikat qumu yatağı, Daşkəsəndə “Yalqışlaq” (2,1 ha) andezit yatağı, Şəmkirdə “Şəmkir” (6,56 ha) qranodiorit yatağı, Hacıqabulda “Kürdçü” (10 ha) və “Atbulaq” (5 ha), Xızıda “Yeni Yaşma I” (5,5 ha) qum yataqları da hərraca çıxarılır.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri 27 may 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/3A8vTU) tanış olmaq olar.

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?