27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb

Aprelin 16-da keçirilən hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 16-da keçirilən hərraca çıxarılan əmlaklara 78 sifariş qəbul edilib ki, bunlardan 16-sı elektron qaydada qeydə alınıb.

Hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb. Ağstafa rayonunda yerləşən "Qərb Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti hərracda 1.710.500 manata özəlləşdirilib. Müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.

Hərracda 18 nəqliyyat vasitəsi də özəlləşdirilib. Rəqabətli keçən hərraca çıxarılmış nəqliyyat vasitələri əsasən Avropa istehsalıdır.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün növbəti hərraclar 23 və 30 aprel tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?