15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqı Azərbaycandakı proqramlara 603 milyon avro ayırıb

"Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana 2015-ci ildəki səfərindən sonra Aİ ilə Azərbaycan əlaqələrində önəmli inkişaf baş verib. Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq müsbət dinamikada davam edir. Mən də Prezidentin bu bəyanatı ilə razıyam".

Bu fikri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında səsləndirib. Səfir Aİ ilə Azərbaycan arasında imzalanması gözlənilən yeni tərəfdaşlıq sazişinin son mərhələdə olduğunu qeyd edib. Aİ-nin Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşı olduğunu vurğulayan K.Yankauskas ölkəmizdə keçirilən rəy sorğularının nəticələri ilə bağlı bildirib ki, respondentlərin 46 faizi Aİ barədə müsbət rəy verib.

Avropa İttifaqı nümayəndəliyinin müşaviri Simona Qatti isə Azərbaycanda həyata keçirdikləri layihələr və iqtisadi inkişafa verilən dəstək barədə qeyd edib ki, tərəfdaşlıq prioritetləri, əsasən, daha güclü iqtisadiyyat, idarəetmə, qarşılıqlı bağlılıq və mobillik üzərində qurulub. İndiyədək Aİ 33 regional proqrama 497 milyon, ikitərəfli layihələrə isə 106 milyon avro ayırıb. Həmin maliyyə dəstəyi hesabına 17 tvinninq layihəsi həyata keçirilib. Onların sırasında vergilərin tənzimlənməsi, məşğulluq, əmək miqrasiyasının idarə edilməsi, icbari tibbi sığortanın tətbiqi, enerji sektorunun inkişafı və digər mühüm tədbirlər var.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?