21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni şüşə məhsullar istehsal edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti yeni məhsullar istehsal etməyi planlaşdırır. “AzerFloat”dan “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, zavodda rəngli şüşə, temperlənmiş və laminə olunmuş şüşələrin istehsal edilməsi nəzərdə tutulur.

Hazırda müəssisədə şəffaf şüşə istehsal olunur. Şirkət 2023-cü ildə 93 000 ton, bu ilin yanvar-fevral aylarında isə 15 000 ton şəffaf şüşə istehsal edib. Bu məhsullar Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, İrlandiya, Mərakeş və ABŞ-a ixrac edilib: “Yeni xarici bazarlara şüşə ixrac etmək üçün daim sərgilərdə məhsullarımızı təqdim edirik. Son belə sərgilər Dubay, İstanbul və Moskva şəhərlərində olub”.

Qeyd edək ki, “AzerFloat” QSC Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?