23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mayda Ağdamda ilk dəmir yolu avadanlıqlarının istehsalı zavodu açılacaq

Azərbaycanda dəmir yolu avadanlıqları istehsal edəcək ilk zavodun bu ilin may ayında açılması nəzərdə tutulur. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.

N.İbadovanın sözlərinə görə, Ağdam Sənaye Parkında tikilən zavod açıldıqdan dərhal sonra məhsul istehsalına başlanılacaq. Məhsullar, ilkin olaraq, daxili tələbatın ödənilməsi üçün istifadə ediləcək. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bir müddət sonra isə MDB ölkələrinə məhsul ixrac ediləcək.

N.İbadova bildirib ki, mayın əvvəlində zavodun 3 korpusu - yığım, istehsal və yataqxana korpusları açılacaq. Layihənin investisiya dəyəri 5,7 milyon manatdır. Zavodda 43 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsala başlanıldıqdan sonra bu sayın artırılması da mümkündür.

Xatırladaq ki, “Rail Trans Service” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə idxala ehtiyac qalmayacaq.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?