25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu il "ASAN Viza" vasitəsilə 429 min əcnəbi vətəndaşa elektron viza verilib

Bu il "ASAN Viza" vasitəsilə 429 min əcnəbi vətəndaşa elektron viza verilib

2019-cu ilin ilk yarısında "ASAN Viza" vasitəsilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz artıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bu dövr ərzində "ASAN Viza" vasitəsilə 429.000-dən çox viza verilib.

"ASAN Viza" sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. Bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.azportalı üzərindən müraciət edərək cəmi 3 gün ərzində elektron viza əldə edə bilirlər. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir.

"ASAN Viza" vasitəsilə bu ilin 6 ayında verilmiş ümumi vizaların 39 faizi məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən "ASAN Viza" özünəxidmət terminalları vasitəsilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.

Ümumilikdə "ASAN Viza" sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar.
2019-cu ilin ilk 6 ayı ərzində "ASAN Viza" ilə Azərbaycana səfər edən əcnəbilərin 78 faizi səfər məqsədini turizm olaraq qeyd edib. Digər hissə isə əcnəbilərin özləri tərəfindən qeyd edilən digər səbəblər və Avropa Liqasının final oyunu, Formula 1 və başqa tədbirlər ilə əlaqədar səfərlər olub.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?