16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Minimum əməkhaqqının artımı qeyri-leqal məşğulluğun leqallaşmasına stimullaşdırıcı təsir edir

"Minimum əməkhaqqı məbləği iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiya isə 72,4 faiz artırılaraq 200 manata çatdırılıb". Bu barədə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, müavinət və təqaüdlər 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqları əhəmiyyətli dərəcədə artırılıb: "Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə edir, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqilabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq".

Nazir qeyd edib ki, minimum əməkhaqqı artımı sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rol oynayır: "Minimum əməkhaqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirdir. Özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib".

Qeyd olunub ki, bu ilin may ayında açılışı olan 1 saylı DOST mərkəzində artıq 15 mindən çox şəxs "bir pəncərə" prinsipi ilə şəffaf xidmətlərdən faydalanıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?