2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Enerji içkilərinin istehsalına və satışına nəzarət gücləndirilir

Enerji içkilərinin istehsalına və satışına nəzarət gücləndirilir

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda enerji içkilərinin istehsalı və satışının tənzimləməsinə dair mexanizmlər hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Enerji içkilərinin tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir: "Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi-texniki şura fəaliyyətə başlayıb. Şuranın tərkibinə daxil olan alimlərin, yerli və beynəlxalq ekspertlərin birgə rəyinə əsasən, enerji içkilərinə dair tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün təqdim olunub".

Agentliyin sədri qeyd edib ki, hazırlanmış sənəddə adı göstərilmiş stimullaşdırıcı maddələrdən iki və daha artığı olan içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Tərkibində tək halda kofeinin miqdarı 100 millilitr üzrə 15 milliqram olan içki enerji içkisi sayılmadığı halda, bu göstərici 15-32 milliqram olarsa, enerji içkisi hesab olunur. 100 millitrdə 32 milliqramdan yuxarı kofein olan içki isə insan sağlamlığı üçün təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin idxalına, istehsalına və satışına qadağa qoyulacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?