16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsullarının Koreyaya ixracının genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Cənubi Koreya şirkətlərinin alıcı missiyasına rəhbərlik edən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byung-Kvanla görüşüb.

Bildirilib ki, Azərbaycan və Koreya arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. 2023-cü ildə Azərbaycandan Koreyaya ixracın həcminin artması ölkəmizdə istehsal olunan məhsullara Koreya istehlakçıları tərəfindən marağın artmasının göstəricisidir. Görüşdə Koreya şirkətlərinin uzun illərdir ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı yaxşılaşdırılması, “Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Kim Byung-Kvan Azərbaycanın Koreyanın mühüm iqtisadi-ticarət tərəfdaşı olduğunu vurğulayıb. Koreyanın biznes və ticarət təşkilatlarının, sahibkarlarının azərbaycanlı iş adamları ilə əməkdaşlıqda və Azərbaycanın qeyri-neft məhsullarının idxalında maraqlı olduqları qeyd edilib. Bu məqsədlə nümayəndə heyətinin alıcı missiyası çərçivəsində ölkənin müxtəlif regionlarında qida və şərab istehsalı müəssisələrinin ziyarət edilməsi, həmçinin müxtəlif dövlət və özəl qurumlarla görüşlərin keçirilməsi planlaşdırılıb.

Tərəflər hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadə, iş adamları arasında münasibətlərin genişləndirilməsi, ticarət əlaqələrinin artırılması istiqamətləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, bu ilin iyun-iyul aylarında Seulda keçiriləcək “Korea Import Fair 2024” sərgisində yerli şirkətlərin iştirakı Azərbaycan məhsullarının Koreyaya ixracının genişləndirilməsinə töhfə verəcək.

Görüşdə Koreya idxalçılarının Azərbaycana hazırkı səfəri çərçivəsində təşkil olunan alıcı missiyasının əhəmiyyəti vurğulanıb, gələcəkdə də qarşılıqlı səfərlərin, sərgi-yarmarkaların və digər işgüzar tədbirlərin keçirilməsi imkanları müzakirə edilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?