19 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanlı startapçı restoranların tövsiyə və rezervasiya portalını yaradıb

Startapçı Orxan Mövsümov, ölkədə ilk dəfə olaraq, restoranların tövsiyə və rezervasiya portalını yaradıb. Bu startap layihəsinə görə onun rəhbərlik etdiyi “Eattable” MMC Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap şəhadətnaməsi” də alıb.

O.Mövsümov “vergilər.az”a müsahibəsində bildirib ki, “Google Play Market” və “Apple Store”dan yüklənilməsi mümkün olan “Eattable” tətbiqində restoranların ünvanlarını, əlaqə nömrələrini, menyularını, şəkillərini və masalarını görmək olar: "Tətbiqlərin yüklənməsi üçün istifadəçidən heç bir ödəniş alınmır. Bu, daha çox müştəriyönümlü proqramdır. Müştərilər restorana getmədən, vaxtlarına qənaət etməklə istədikləri zaman boş masaları rezervasiya edə bilərlər. Tətbiqdəki qiymətlər restoranlardakı qiymətlərlə tam eynidir. Təcrübəmizdən görürük ki, bu proqrama maraq getdikcə artır, çünki biz istifadəçilərə edənlərə kəşbək də veririk. Biz əvvəllər yemək sifariş verəndə restorana zəng edib öz yerimizi kuryerə başa salırdıq. Mobil tətbiqlər vasitəsilə isə bu iş xeyli asanlaşıb”.

O.Mövsümov əlavə edib ki, hazırda MMC Bakı və Sumqayıtdakı 500 restoranla əməkdaşlıq edir. Mobil tətbiqin 20 mindən çox aktiv istifadəçisi var. Startapçının sözlərinə görə, istifadəçi qeydiyyatdan keçərkən ondan hansı mətbəxləri xoşladığı soruşulur və ona marağına uyğun restoranlar tövsiyə edilir: “İndiki halda restoranlarda rezervasiya vərəq üzərində qeyd olunur. Restoran işçiləri müştəri ilə əlaqə saxlamaq üçün məcburdurlar ki, nömrəsini telefonlarına qeyd edib onunla əlaqə saxlasınlar. Bizim təklif etdiyimiz proqramın idarəetmə panelində isə bu, avtomatik baş verir - bir kliklə zəng vurmaq mümkündür. Layihənin inkişaf etdirilməsi üçün tətbiqə “Yeməklərin əvvəlcədən sifarişi” bölümünü əlavə etməyi nəzərdə tuturuq. Müştəri menyuya baxaraq istədiyi yeməkləri əvvəlcədən sifariş edə biləcək”.

İlhamə İSABALAYEVA

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?